Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balaca gimnast Mina Abbasova Xorvatiyada 3-cü qızıl medalını qazanıb

28-30 sentyabr tarixlərində Xorvatiyanın Zadar şəhərində Xorvatiya Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii Gimnastika üzrə Beynəlxalq “Sirena kuboku – 2018” yarışı keçirilib

Yarışda ev sahibi Xorvatiya ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan, Avstriya və digər ölkələrin 30-dan çox klubu mübarizə aparıb. Bu turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast - Mina Abbasova təmsil edib. Böyük rəqib ordusunun olmasına baxmayaraq o, gimnastlar arasında fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. Belə ki, istedadlı gimnastımız tam xal hesabı ilə birinciliyi əldə edərək bu ay ərzində 3-cü qızıl medalını qazanıb. Belə ki, 8 yaşlı çempion bu ay Polşada keçirilən yarışlarda da Azərbaycanı təmsil edib və 2 qızıl, 1 gümüş medal qazanıb.

Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq kateqoriyalı hakim Lyubov Bernat ve Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunun üzvüdur. O, 5 yaşından başlayaraq iştirak etdiyi beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən başlayaraq Azərbaycan bayrağı altında çıxış edir. Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq, yarışlarda Azərbaycanı təmsil etməsi üçün ona icazə veriblər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar